Fidan HV's profile

#karabaghisazerbaijan Victory Day

Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı və ordusu misli görünməmiş qəhrəmanlıq və şücaət göstərərək, Ermənistanın işğalçı qüvvələri üzərində qələbə qazandı. Şanlı ordumuzun canları və qanları ilə qazandığı bu uğur Azərbaycanın qüdrətinin ən yüksək nümunəsidir!
Ermənistan işğal tarixindən 27 sentyabr 2020-ci il tarixinədək Azərbaycan dövlətinə qarşı təhdidlərlə çıxış edirdi. Düşmən ölkə rəhbərliyi “yeni ərazilər uğrunda yeni müharibə” aparmaq iddiasında idi. Nəticədə düşmənin bu fikri iflasa uğradı, anladılar ki, Azərbaycan artıq 90-cı illərdəki Azərbaycan deyil. Azərbaycan dövlətinin artıq əvvəlki deyil, bu gün onun etibarlı müttəfiqləri var, Azərbaycan güclü dövlətdir, ən müasir silahlarla silahlanmış ordusu var. Azərbaycan müstəqil siyasət yürüdür.

Azərbaycan ordusu müharibə ərzində “Harop” zərbə pilotsuz aparatlarından, o cümlədən İsraillə birgə Azərbaycanda istehsal olunan “Zərbə” dronlarından və digər PUA-lardan, o cümlədən “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrindən geniş istifadə edib. Təkcə Bayraktar TB2 dronları vasitəsilə Azərbaycan Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv edib.
Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb, 10 noyabrda sona çatıb. Doyüşlər 44 gün davam edib. 30 illik hesrətə 44 günlük döyüşlə son qoyulub! Şəhidlərimizə Allahdan rəhmət, yaralılara da şəfa diləyirik! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
#karabaghisazerbaijan Victory Day
Published:

#karabaghisazerbaijan Victory Day

Published: